Sosial şəbəkədə biz:

Hacıqabulda kişi arvadını baltaladı

07 February 2018, 11:07
Gündəm
Hacıqabul rayonunda kişi arvadını baltalayıb. APA-nın məlumatına görə, rayonun Koroğlu küçəsi 14 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Adəm Hüseynqulu oğlu Qəmbərov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xalidə Nurəddin qızı Qəmbərovaya balta ilə xəsarət yetirib. X. Qəmbərova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.