Sosial şəbəkədə biz:

Prezidentin qardaşı oğlu evində ölü tapılıb

07 February 2018, 12:19
Gündəm
Rusiyanın İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovun qardaşı oğlu evində ölü olaraq tapılıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onun yanında ov silahı da olub. Yaxınlarının sözlərinə görə, Həsən Yevkurov silahı təmizləyərkən ehtiyatsızlıqdan güllə açılıb və başından aldığı yara ilə dünyasını dəyişib.