Sosial şəbəkədə biz:

Türkiyənin məhv etdiyi terrorçu sayı 999 oldu

07 February 2018, 12:21
Gündəm
Türkiyə Silahlı Qüvvələri Afrində bu gün 29 terrorçunun öldürüldüyünü açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bununla da, Zeytun Budağı hərəkatında bugünə qədər öldürülən terrorçu sayı 999-a yüksəlib. Bundan başqa, türk əsgəri terrorçuların Azad Suriya Ordusu güclərinin olduğu mövqeyə bombalı avtomobillə hücum planının qarşısını alıb. Türkiyə ordusu terrorçulara aid bombalı avtomobili tank atışı ilə məhv edib.