Sosial şəbəkədə biz:

Azərbaycanı Qış Olimpiadasında təmsil edən bir idmançıya görə Bakıdan Pxençxana xeyli adam getdi

07 February 2018, 13:28
Gündəm
Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb. Mərasimdə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, və digər şəxslər iştirak ediblər. Fevralın 9-da start götürəcək olimpiadanın Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarına qatılacaq. Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq. (Report)