Sosial şəbəkədə biz:

Traktor məktəbdən çıxan 8 yaşlı şagirdi vurub öldürdü

07 February 2018, 15:32
Gündəm
Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb. " Azinforum.az " APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib. Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.