YAP-ın namizədi bu gün açıqlanacaq - Qurultay başladı
Bakıda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçirilir.
"Qafqazinfo" xəbər verir ki, qurultayda növbədənkənar Prezident seçkilərinə namizəd irəli sürüləcək.
YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyir.