Sosial şəbəkədə biz:

İlham Əliyev YAP-ın namizədi oldu

08 February 2018, 10:54
Gündəm
Hazırda Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının qurultayında İlham Əliyev namizədliyi irəli sürülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə "İrəli" sədri Mirhəsən Seyidov sosial şəbəkədə məlumat verib: "Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci ilin aprelində keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respiblikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb". Qeyd edək ki, qurultayda YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələr iştirak edib.