Sosial şəbəkədə biz:

BMT baş katibi münaqişə tərəflərini atəşi dayandırmağa çağırdı

08 February 2018, 12:07
Gündəm
BMT-nin baş katibi Antoniu Quterriş Koreya Respublikasına rəsmi səfər edib. BMT-nin mətbuat xidmətinin yaydığı xəbərə görə, o, səfər zamanı bu ölkənin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək, ardından Pxençxana - XXIII Qış Olimpiya Oyunlarına gedəcək. Oyunların açılışı ərəfəsində BMT baş katibi "Olimpiya barışığı" ilə bağlı müraciət edib. "Bütün münaqişə tərəflərini 2018-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı "Olimpiya barışığı"na riayət etməyə çağırıran. Qoy olimpiya məşəlinin işığı insanların həmrəyliyi üçün mayak olsun. Qoy "Olimpiya barışığı" dünyada mədəniyyətin yayılmasına xidmət göstərsin", - A.Quterriş bildirib. Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Koreya Respublikasının Pxençxan şəhərində keçiriləcək.(“Report”)