Sosial şəbəkədə biz:

Almanlar Türkiyəni xəritədən sildi – VİDEO

09 February 2018, 21:28
Gündəm
Almaniyanın “Kontinental” şirkətinin “Povertrain” xidmətinin istifadə edildiyi ölkələr və marka fəlsəfəsinin izah edildiyi video Türkiyədə qalmaqala səbəb olub. Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” yazıb. Məlumata görə, şirkətin hazırladığı videoda Avropa xəritəsində Türkiyə ümumiyyətlə əks olunmayıb. Türkiyə mətbuatının “Siyasi mesaj” kimi qiymətləndirdiyi xəritədə Türkiyənin olduğu ərazidə quru sahəsi deyil, daha böyük bir Aralıq dənizi təsvir edilib.