Sosial şəbəkədə biz:

1241 azərbaycanlı qadın əcnəbi kişiyə ərə gedib

10 February 2018, 12:28
Gündəm
Ötən il 2429 azərbaycanlı əcnəbilərlə nikaha daxil olub. Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2017-ci ildə Azərbaycan Respublikası vətəndaşları olan 1188 kişi əcnəbi qadınlarla ailə həyatı qurub. Həmçinin 1241 azərbaycanlı qadının əcnəbilər və vətəndaşlığı olmayan kişilərlə nikahı dövlət qeydiyyatına alınıb.