Sosial şəbəkədə biz:

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatdı

10 February 2018, 20:00
Gündəm
Fevralın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsinə yekun vurulub. Azərtac  xəbər verir ki, XV tura “Zirə”-“Sumqayıt” oyunu ilə start verilib. Zirə İdman Olimpiya Kompleksində keçirilən oyunda hesabı qonaq komanda açıb. Matçın 35-ci dəqiqəsində Tural Axundov hesabı açıb. Dörd dəqiqə sonra “Zirə”nin futbolçusu Vüsal İsgəndərli hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib. Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Günün növbəti görüşü “Qarabağ” və “Qəbələ” komandaları arasında “Azərsun Arena”da keçiriləcək. Tura fevralın 11-də oynanılacaq “Keşlə”-“Səbail” və “Neftçi”-“Kəpəz” qarşılaşmaları ilə yekun vurulacaq. Turnir cədvəlinə 37 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 32 xalla ikinci, “Zirə” 31 xalla üçüncü, “Sumqayıt” 21 xalla dördüncü, “Neftçi” 16 xalla beşinci pillədə qərarlaşıb.