Sosial şəbəkədə biz:

Xəzər dənizində “süd qasırğası” - FOTO

11 February 2018, 10:38
Gündəm

ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Xəzər dənizində "süd qasırğası" aşkar edib. NASA qeyri-adi təbiət hadisəsi barədə sosial şəbəkədə foto və məlumat yayıb.

Qeyd olunub ki, paylaşılan şəkil yanvarın 9-da “Terra” kosmik aparatından çəkilib. Bildirilib ki, külək suyun səthini qarışdırıb və dənizin dibindəki qalıqlar; üzə çıxarıb. Nəticədə dənizin sahilində "süd kölgəsi" yaranıb. Alimlər qeyri-adi təbiət hadisəsini araşdırmaq istəyirlər. Onların fikrincə, anomal proses balıqçılığa mənfi təsir göstərə bilər.