Aprel Şəhidi Rasim Məmmədovun qızı Türkiyədə Ərdoğanla görüşəcək
Aprel Şəhidi Rasim Məmmədovun qızı Aysu Məmmədova Türkiyəyə dəvət edilib.
Azərbaycan Qadınları Mədəniyyəti Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova Aysu Məmmədovanı Türkiyəyə dəvət edib. Belə ki, dərnəyin həyata keçirdiyi "Azərbaycan-Türkiyə Şəhid övladları qucaqlaşırlar" layihəsi çərçivəsində Türkiyəyə səfər edəcək Şəhid övladları arasında Aysu Məmmədova da olacaq.
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanlı Şəhid övladlarının Türkiyə dövlətinin rəhbərliyi ilə görüşü də nəzərdə tutulub. (Moderator.az)
