Sosial şəbəkədə biz:

Rusiyada baş verən təyyarə qəzası zamanı 71 nəfər ölüb - VİDEO

11 February 2018, 17:18
Gündəm
Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "Ан-148" tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan 7 dəqiqə sonra  qəzaya uğrayıb. "Reuters" xəbər verir ki, təyyarənin Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir. Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar.