Sosial şəbəkədə biz:

Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir

12 February 2018, 11:17
Gündəm
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 1369 terrorçu məhv edilib. Bu barədə Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir. Hərbi əməliyyatın 23-cü günündə terrorçuların mövqelərinə qurudan və havadan zərbələr endirilməsi davam edib. Türkiyə ordusunun Afrinin mərkəzinə doğru mühüm nöqtələrdən biri olan Cinderese çatmasına 3 km məsafə qaldığı bildirilir. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.