Sosial şəbəkədə biz:

Əli Əhmədovun baş nazir müavini postundakı vəzifəsi donduruldu

12 February 2018, 12:31
Gündəm
Azərbaycan Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib. Virtualaz.org partiyanın mətbuat xidmətinə istinadən bildirir ki, Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevralın 12-dən aprel ayının 11-dək baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.