Sosial şəbəkədə biz:

Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

12 February 2018, 21:53
Gündəm
Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb. Bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub. Bildirilib ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub. İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib. Qeyd edək ki, "VİM-Avia" şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi. (Trend)