Sosial şəbəkədə biz:

ABŞ-da orta məktəbdə qətliam - 17 ölü + Video + Yenilənib

15 February 2018, 10:02
Gündəm
ABŞ-ın Florida ştatının Parkland şəhərindəki Stonmen Duqlas liseyinə naməlum şəxs tərəfində silahlı hücum olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs qarşısına çıxana atəş açıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 3 şagird ölüb, 50-dən çox şagird isə yaralanıb. İnsident yerinə çoxlu sayda polis və təcili yardım cəlb edilib. Hazırda silahlı şəxsin tutulması istiqamətində tədbirlər aparılır. *** ABŞ-ın Florida ştatının cənubunda məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olub. Qafqazinfo RİA Novostiyə istinadən  xəbər verir ki, bu barədə Brovard dairəsinin şerifi Skot İsrael bildirib. O, öldürülənlərdən 12-nin məktəbin binasında, daha 3-nün isə küçədə qətlə yetirildiyini vurğulayıb.