Sosial şəbəkədə biz:

Bakıda ruhi əsəb dispanserində 3 gündə 3 ölüm faktı qeydə alınıb

16 February 2018, 09:36
Gündəm
1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 3 nəfər xəstəlikdən ölüb. "Report" xəbər verir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib. Belə ki, dispanserdə müalicə olunan 1939-cu il təvəllüdlü Pariyoviç Ramala Aleksandrovna fevralın 12-də, 1972-ci il təvəllüdlü Salmanov Elşad Arzu oğlu fevralın 14-də və 1986-cı il təvəllüdlü İsmayılov Eldəniz Asif oğlu fevralın 15-də dünyasını dəyişib. Onların uzun sürən xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Hər üç ölüm faktı ilə bağlı araşdırma aparılır.