Sosial şəbəkədə biz:

Dəbdəbəli gecəyə 22 manatlıq geyimdə qatıldı - Fotolar

17 February 2018, 14:49
Gündəm
Xəbər verdiyimiz kimi, ötən gün “GQ Türkiyə” jurnalı ötən gün uğurları və imicləri ilə diqqət çəkən məşhurları mükafatlandırıb. “Qafqazinfo” xəbər verir ki, gecədə Star TV-də yayımlanan və reytinqdə birinci olan “Ufak Tefek Cinayetler” serialının iki qəhrəmanı – Bade İşçil və Gökçe Bahadır da iştirak edib. Bade sadə geyimi ilə diqqət mərkəzində olub.  Aktrisa dəbdəbəli  mükafat gecəsinə 50 lirəlik (22 manat)paltarda gəlib. Gökçe isə “Raisa & Vanessa” markasından olan libasdan istifadə edib.  Onun geyiminin dəyəri isə 12 min TL, yəni 5425 manatdır.