Sosial şəbəkədə biz:

Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

17 February 2018, 14:52
Gündəm
Türkiyə Ordusu “Zeytun budağı” əməliyyatı başlanan gündən bəri Suriyanın şimal-qərbində 1595 terrorçunu zərərsizləşdirib. Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, son bir gün ərzində Suriyanın şimal-qərbində 44 yaraqlı məhv edilib. Xatırladaq ki, Zeytun budağı”əməliyyatı yanvarın 20-də başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.