Sosial şəbəkədə biz:

Poroşenko Rusiya ilə danışıqların şərtini açıqladı

18 February 2018, 09:39
Gündəm
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə danışıqların bərpa olunması üçün öz şərtlərini  açıqlayıb. Xəbəri “İnterfaks” yayıb. Ukraynada daxili münaqişənin olmadığını vurğulayan P.Poroşenko deyib: “Rusiya hərbçiləri torpağımdan, Ukrayna ərazisindən çıxarıldığı günün sabahısı, ölkəmin ərazi bütövlüyü bərpa olunduqdan sonra biz digər müxtəlif məsələlər ətrafında danışıqlar aparmağa hazır olacağıq”.