Sosial şəbəkədə biz:

İranda sərnişin təyyarəsi qəzaya düşdü - 66 nəfər öldü+ Yenilənib

18 February 2018, 12:47
Gündəm
İranda Tehran-Yasuc reysini həyata keçirən təyyarə qəzaya düşüb. “Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub. “Aseman Airlines” şirkətinə məxsus təyyarə İsfahan əyalətində qəzaya düşüb. *** “Press TV”nin məlumatına görə, sərnişinlərin və ekipaj üzvünün taleyindən xəbər yoxdur. Göyərtədə olan bir neçə şəxsin yaşama ehtimalı istisna olunmur. *** “ISNA” agentliyinin məlumatına görə, təyyarədə olan 60 sərnişin və 6 ekipaj üzvü həlak olub. *** “Tasnim” agentliyi xəbər verir ki, təyyarə Padema dağının yaxınlığında qəzaya düşüb. Təyyarənin 20 illik olduğu bildirilir.