Sosial şəbəkədə biz:

Azərbaycanlı milyarderin şirkəti İranda neft hasil edəcək

18 February 2018, 16:55
Gündəm
Martda “Lukoyl” şirkəti ilə İranın Milli Neft Şirkəti arasında müqavilə imzalanacaq. Bu barədə “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov bildirib. Milyarder qeyd edib ki, “Lukoyl” İranın Xuzistan vilayətində “Mənsuri” neft yatağına maraq göstərir. İranın Milli Neft Şirkətinin direktoru Əli Kərdri vurğulayıb ki, yatağın birgə istismar edilməsi tərəflər üçün faydalı olacaq.