Sosial şəbəkədə biz:

Dəhşətli qəzada ölənlərdən biri BDU-nun tələbəsi olub - Foto

19 February 2018, 09:51
Gündəm
Xəbər verdiyimiz kimi, bu gün səhər 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, qəzada ölənlərdən biri 18 yaşlı Asif Vaqif oğlu Qardaşov BDU-nun tələbəsi olub. Mərhum 1-ci kursda oxuyurmuş. Bu barədə Jurnalistika fakultəsinin dekanı Əliyev Vüqar bildirib.