Sosial şəbəkədə biz:

Sumqayıtda 27 yaşlı qadın iş yerinin yaxınlığında döyülüb

19 February 2018, 09:59
Gündəm
Sumqayıt şəhərində 27 yaşlı qadın döyülərək ağır xəsarət alıb. Hadisə qadının işlədiyi yerin yaxınlığında baş verib. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günəş Vahab qızı Cəfərova öz tanışı tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin nə üstündə törədildiyi hələ ki, məlum deyil. Gənc qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (Report)