Sosial şəbəkədə biz:

Ukraynada “Lotu Quli”-nin daha bir adamı tutuldu - FOTO

06 February 2018, 18:44
Gündəm
Ukraynada adam oğurluğu və pul tələb edilməsi ilə məşğul olan cinayətkar dəstənin ləğv edilməsi istiqamətində əməliyyat-istintaq işləri davam edir. Moderator.az-a  Ukraynadan daxil olan məlumatlara görə dünən-fevral ayının 5-də Odessa şəhərinin  hava limaninda Ukrayna sərhədciləri İstanbula uçmaq istəyən , Gürcüstan vətəndaşı  Polad Ömərovu  saxlayıblar. Səbəb onun Qazaxıstan hüquq mühafizə orqanları tərəfindən adam oğurluğuna görə İnterpol axtarışında olmasıdır. Ömərov tutularaq Ukrayna polisinə təhvil verilib.
Əməliyyat məlumatlarında bildirilir ki, Polad Ömərov  Ukraynada özünü “Lotu Quli”-nin xalası oğlu kimi qələmə verib. Bəzi cinayətlərdə, o cümlədən iş adamı Hikmət Abdullayevin oğurlanmasında  Ömərovun da əlinin olması barədə saytımızda bu yaxınlarda məlumat dərc olunub.
Qeyd edək ki, Ukraynada əvvəllər baş vermiş adam oğurluqlarında Polad Ömərovun adı əsas təşkılatçı kimi hallanır .  Eyni zamanda onun başqa cinayətlərin təkilatçısı və iştirakçısı olması barədə Ukrayna hüquq-mühafizə orqanlarında məlumatlar var. Polad Ömərovun Ukraynanı tərk edib məhz İstanbula getmək istəyi, onun “Lotu Quli”yə sığınması kimi dəyərləndirilir.
Hal- hazırda Ukrayna polisi onun qeyd olunan kriminal qrupun törətdiyi başqa çinayətlərdə iştirakını araşdırır.
Aldığımız məlumata görə  , artıq Odessa şəhər prokurorluğu Gürcüstan vətəndaşı Polad Ömərov barəsində həbs-qəti imkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edib.