Sosial şəbəkədə biz:

İranın müdafiə naziri Azərbaycana gəlir

19 February 2018, 20:23
Gündəm

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Azərbaycana səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşləri nəzərdə tutulub. Səfər fevralın 22-dək davam edəcək.