Sosial şəbəkədə biz:

Əfv Komissiyasının növbəti iclası keçirilib

20 February 2018, 20:36
Gündəm
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda 400-ə yaxın müraciətə baxılıb. Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.