Sosial şəbəkədə biz:

Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO

21 February 2018, 10:19
Gündəm
Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, üç nəfər ağır xəsarət alıb. Azinforum.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib. Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində üç nəfər –1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli səkkizinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar. Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.