Sosial şəbəkədə biz:

İslamiadanın qalibində dopinq tapıldı - Fotolar

21 February 2018, 16:34
Gündəm
Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb. “Qafqazinfo” Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən xəbərt verir ki, bu dəfə atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevanın dopinq-testi müsbət nəticə verib. 23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu üzə çıxıb. 3 təkanla tullanmada İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısının (Palembankda qızıl, Bakıda bürünc medal) orqanizmində furosemid aşkarlanıb. Bu səbəbdən də Sarıyeva 12 aylıq diskvalifikasiya olunub. Onun cəza müddəti ötən il sentyabrın 23-dən hesablanmağa başlanılıb. Qeyd edək ki, AMADA Sarıyevayadək daha 5 idmançımızı diskvalifikasiya etmişdi.