Sosial şəbəkədə biz:

Afrində meşə döyüşləri başladı - VİDEO

21 February 2018, 18:29
Gündəm
Afrinin şimalında Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) döyüşçüləri ilə PYD/YPG terrorçuları arasında şiddətli döyüş baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, meşəlik ərazidə gizlənən terrorçular pusqudan çıxıb hücum etməyə cəhd göstərib. Terrorçular ağır itki verərək geri çəkilməyə məcbur olub. Bu arada "Zeytun budağı" əməliyyatının 33-cü günündə Suriyanın şimalında məhv edilən PYD/YPG terrorçularının sayı 1780-ə çatıb. Açıqlamanı TSQ yayıb. Son əməliyyat günündə daha 65 terrorçu zərərsizləşdirilib.