Sosial şəbəkədə biz:

Xocalı soyqırımı İsraildə anılacaq

21 February 2018, 20:51
Gündəm
Fevralın 23-də İsrailin Tel-Əviv şəhərində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunan tədbir keçirəcək. Milli Məclisdən verilən məlumata görə, tədbirdə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək. İsrail Knessetinin deputatlarının, səfirlərin, ictimai təşkilatların rəhbərlərinin və şəhər merlərinin iştirak edəcəkləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciənin ağır nəticələri barədə məlumat veriləcək.