Sosial şəbəkədə biz:

“İndisə rədd olun” - Lavrov rəsmi topantıdan isveçli jurnalisti qovdu

19 September 2017, 20:32
Gündəm
Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində Nyu Yorkda isveçli həmkarı Didye Burkxalterlə görüşüb. Azinforum.az Teleqraf.com-a istinadən xəbər verir ki, görüşdən əvvəl Lavrovla isveçli jurnalist arasında maraqlı dialoq yaşanıb. Jurnalist "Burkxalterin son günlərində ona nə arzulayardız” sualına Lavrov belə cavab verib: "İndi mətbuat konfransı deyil. Sualınıza gəlincə, əsas mənim ona deyil, onun özünə nə arzulamasıdır”. Cavab İsveç XİN rəhbərinin xoşuna gəlib: "Əsl rus cavabıdır”. Bundan sonra, Lavrov jurnalistə gülümsəyərək "İndi isə rədd olun” sözünü deyib.