Sosial şəbəkədə biz:

Nazir Səlim Müslümov işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxıb. Bu barədə AzVision.az-a universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, dərslərə gəlmədiyi üçün kafedra müdiri vəzifəsindən kənarlaşıb. Məlumatı dəqiqləşdirmək məqsədi ilə Bakı Biznes Universiteti ilə əlaqə saxladıq. Oradan da faktı təsdiqlədilər. Bildirildi ki, hazırda Maliyyə kafedrasının yeni müdiri Vəfa Nəcəfovadır. O, yeni tədris ilindən vəzifəsinin icrasına başlayıb.. Qeyd edək ki, Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol