Sosial şəbəkədə biz:

Nazir əmr verdi, DYP rəisi işdən çıxarıldı - Rəsmən təsdiqləndi

22 February 2018, 12:25
Gündəm
Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.
Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.
DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.