Sosial şəbəkədə biz:

Milyonçu Mübariz İbrahimov haqda filmə sponsor oldu

23 February 2018, 11:17
Gündəm
Yaxın zamanlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatına həsr olunmuş film çəkiləcəyi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, sözügedən filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Türkiyənin “Renk Media” şirkəti çəkəcək. Filmin heyətində həm azərbaycanlı, həm də türkiyəli aktyorlar olacaq. Sponsorluğunu azərbaycanlı biznesmen Fərhad Əhmədovun üstləndiyi filmin rejissoru Ali Kayğısız olacaq.