Sosial şəbəkədə biz:

Sağ qalan Milli Qəhrəmanlarımız - ADLAR

23 February 2018, 12:10
Gündəm
Ölkəmizdə Milli Qəhrəman adı verilmiş şəxslərin sayı 215 nəfərdir. Onlardan yalnız 17 nəfəri sağdır. Milli Qəhrəman adı almış şəxslərin bəziləri hazırda ordu sıralarında və hüquq-mühafizə orqanlarında xidmət edir. Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Milli Qəhrəman adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycanın Milli Qəhrəmanına xüsusi fərqlənmə nişanı — səkkizguşəli “Qızıl Ulduz” medalı təqdim edilir. Bu ad eyni şəxsə bir dəfə verilir. Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. Bu adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər. AzVision.az sağ Milli Qəhrəmanların siyahısını təqdim edir: Abdullayev Maşallah Babakişi oğlu Allahverdiyev Bəxtiyar Əzizulla oğlu Atakişiyev İntiqam Vahid oğlu Cəbrayılov Fəxrəddin Mövsüm oğlu Həsənov Məhəmməd Ələsgər oğlu Mədətov Fariz Əlövsət oğlu Məmmədov Mövsüm Şahin oğlu Məmmədov Sahil Ələmdar oğlu Quliyev Mirzə Məcid oğlu Quliyev Mədət Qəzənfər oğlu Quliyev Vahid Həbibulla oğlu Quliyev Zabit Adil oğlu Qəhrəmanov Fariz Çoban oğlu Tağıyev Şahin Talıb oğlu Əkbərov Rövşən Telman oğlu Əliyev Ehtiram İsrayıl oğlu Həmidov Şükür Nəriman oğlu