Sosial şəbəkədə biz:

Kliçkonun köməkçisi nazir oğlunun Kiyev merinə ev hədiyyə etməsi məsələsinə aydınlıq gətirdi

23 February 2018, 20:59
Gündəm
Azərbaycan mətbuatında Kiyev şəhərinin meri Vitali Kliçkoya son Bakı səfəri zamanı nazir Azad Rəhimovun oğlu Arif Rəhimov tərəfindən ev hədiyyə edilməsi ilə bağlı məlumatlar yer alıb. Bununla bağlı tia.az-ın əməkdaşı Vitali Kliçkonun köməkçisi Boqdan Balasinoviçlə əlaqə saxlayıb. "Vitali Kliçkoya Azərbaycana gəlişi zamanı ev hədiyyə olunubmu" sualını eşidən kimi gülümsəyən Boqdan Balasinoviçin cavabı belə olub: "Azərbaycanla gözəl münasibətlərimizin olması heç də orada mülkümüzün olması demək deyil. Təbii ki, yanlış informasiyadır".