Sosial şəbəkədə biz:

İsa Qəmbər yeni yaşını xəstəxanada qarşılayacaq - FOTOLAR

24 February 2018, 11:17
Gündəm
Ötən gün xəstəxanaya yerləşdirilən Müsavat Partiyasının eks-başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin səhhəti stabildir.
Bu barədə “Qafqazinfo”ya onun həyat yoldaşı, şərqşünas alim Aida Qəmbər məlumat verib. O qeyd edib ki, İ. Qəmbərin hazırkı səhhəti stabil və normaldır.
Qeyd edək ki, bu gün İ. Qəmbərin 61 yaşı tamam olur. O,  24 fevral 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Milli Azadlıq Hərəkatının yaradıcılarından biridir. 1992-ci  ildə Ali Sovetin sədri seçilib. Ailəlidir, iki oğlu, bir nəvəsi var.