Sosial şəbəkədə biz:

Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək

24 February 2018, 14:08
Gündəm
Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək. Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakı Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib. Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir: "Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq". Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb. (Trend)