Sosial şəbəkədə biz:

Rüstəm Orucov “Böyük dəbilqə”də ermənini məğlub etdi

24 February 2018, 18:00
Gündəm

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində yarımfinala vəsiqə qazanıb.

Yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançımız 1/16 finalda avstraliyalı Ceyk Benstedi, səkkizdəbir finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib. R.Orucov dörddəbir finalda ermənistanlı Ferdinand Karapetyana heç bir şans verməyib. Qeyd edək ki, təmsilçimiz yarımfinalda İqor Vandtke ilə qarşılaşacaq.