Sosial şəbəkədə biz:

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

24 February 2018, 20:40
Gündəm
Qusar rayonunda 3 ay əvvəl itkin düşən qadın tapılıb. Rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mehdiyeva Abşeron rayonunun Xırdalan şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.