Sosial şəbəkədə biz:

Güləşçilərimiz erməni rəqiblərini məğlub etdilər - FOTOLAR

25 February 2018, 10:51
Gündəm

Azərbaycan idmançıları Kiyevdə keçirilən Yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.  Turnirin ikinci günündə güləşçimiz İslam Abbasov yarımfinal görüşündə ötən ilin dünya çempionu olan erməni güləşçini 9:6 hesabı ilə məğlub edərək finala yüksəlib.

Yunan-Roma güləşi üzrə 82 kq çəkidə yarışan digər idmançımız Elvin Mürsəliyev də erməni rəqibini məğlub edərək turnirin bürünc medalını qazanıb.