Sosial şəbəkədə biz:

Balakəndə Ruslan Şıxıyevi bıçaqladılar

26 February 2018, 10:03
Gündəm
Fevralın 25-də axşam saat 20 radələrində Balakən şəhər sakini, 1989-cu il təvəllüdlü Ruslan Yura oğlu Şıxıyev qarnının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. MRX-dan APA-ya verilən məlumata görə, Ruslan Şıxıyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. Balakən Rayon Polis Şöbəsindən verilən məlumatda Ruslan Şıxıyevin bıçaqlanmısı faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.