Sosial şəbəkədə biz:

Bakıda 24 yaşlı qadın əri tərəfindən döyülüb - FOTO

27 February 2018, 09:30
Gündəm
Bakıda qadın əri tərəfindən döyülüb. "Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər Corat bağlar sakini, 1994-cü il təvəllüdlü Günel Nazim qızı İlyasova yaşadığı Bakı şəhəri, İnqılab küçəsi mənzil 61-də öz həyat yoldaşı tərəfindən möhkəm döyülüb. Qadın ağır xəsarətlərlə yaxınları tərəfindən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.