Sosial şəbəkədə biz:

Türkiyə ilə Çexiya arasında qalmaqal

27 February 2018, 20:34
Gündəm
Rəsmi Ankara YPG terror təşkilatının sabiq lideri Salih Müslümün azad edilməsinə görə Çexiyaya etiraz edib. AzVision.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ Çexiya məhkəməsinin qərarının hüquqa zidd olduğu deyib. O, bildirib ki, terror liderinin azad edilməsi Türkiyə-Çexiya münasibətlərinə təsir göstəərəcək. “Bu qərar terror təşkilatına dəstəkdir. Əlbəttə, bu, Çexiya ilə münasibətlərimizə təsir edəcək. Salih Müslüm bir çox insanın, o cümlədən vətəndaşlarımızın qətlində əli olan terrorçudur. Bu, səhv qərardır və siyasi motivlər daşıyır, biz onu yolverilməz hesab edirik”, - deyə Bozdağ jurnalistlərə bildirib. Qeyd edək ki, beynəlxalq axtarışa verilən YPG-nin keçmiş lideri S.Müslüm Çexiyanın paytaxtı Praqada saxlanılmışdı.