Sosial şəbəkədə biz:

«Rusiyadan S-400 kompleksi almayın» – ABŞ-dan Türkiyəyə çağırış…

27 February 2018, 20:47
Gündəm
Vaşinqtondakı məmurlar bəyan ediblər ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması «NATO-da operativ uyğunluğa neqativ təsir göstərə bilər». Bu barədə, naməlum mənbəyə istinadla, «Habertürk» nəşri məlumat yayıb. Qəzetin həmsöhbətinin sözlərinə görə, əgər Türkiyə Rusiyadan S-400 alsa, Amerika Birləşmiş Ştatları (ABŞ) ona qarşı məhdudlaşdırıcı tədbirlər görə bilər. «ABŞ hakimiyyəti, hava hücumundan müdafiə ehtiyacını ödəmək istiqamətində daha yaxşı alternativ tapmaqda Türkiyəyə kömək etmək istəyir» – deyə, Vaşinqtondakı mənbə bəyan edib. S-400 kompleksi düşmən aviasiyasını, qanadlı və ballistik raketlərini 400 kimlomet məsafədən və 30 kilometr yüksəklikdə məhv etmək üçün nəzərdə tutulub. (Azpolitika.info)