Sosial şəbəkədə biz:

Şabranda xalça emalatxanası tikiləcək - 2 milyon manat ayrıldı

28 February 2018, 19:52
Gündəm
Prezident İlham Əliyev Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsindən 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.