Sosial şəbəkədə biz:

Azərbaycanda imtahan qiymətləri dəyişdiriləcək

28 February 2018, 21:49
Gündəm
İmtahanlara sərf olunan maliyyə vəsaiti və digər məsələlər tərəfimizdən əsaslandırılaraq təkliflər hazırlanacaq”. Bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, yeni təkliflər gələn il Tarif Şurasına təqdim ediləcək. M. Abbaszadə 2019-cu ildə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiq olunacağını da xatırladıb: “Bununla əlaqədar regionlarda seminarlar keçiririk. Bu seminarlarda əsas məqsəd yeni növ qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar müəllimlərin hazırlıq səviyyəsini artırmaqdır”. Qeyd edək ki, Tarif Şurası 2017-ci ilin martında DİM-in müraciəti və təkliflərini nəzərə almaqla, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirib.